`Azərsu`nun əməkdaşları təltif edilib - SİYAHI


01:27     14 Mart 2017 imza-1.jpg

Azərbaycan prezidenti İlham Əliyev Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Şollar-Bakı su qurğuları komrleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilib:

Aslanov Orucqulu Dilavər oğlu
Cəfərova Kəmalə Sərvəz qızı
Dünyamalıyev Bəkir Bahadır oğlu
Əbilov Fazil Adil oğlu
Əliyev Əmirxan Mamaxan oğlu
Həşimov Teyyub Səfər oğlu
Hüseynov Vidadi Hüseyn oğlu
İlyasov Rafiq İsa oğlu
Qasımov Zahid Zakir oğlu
Məmmədquliyeva Raziyə Şəmsibala qızı
Məmmədov Şakir Bəgi oğlu
Mirzəyev Cəmaləddin Siracəddin oğlu
Nəsrullayev Cəlil Məhəmməd oğlu
Rzayeva Güllü Adıgözəl qızı
Səfərəliyev Əlxan Sərxan oğlu
Talverdiyev Valeh Misrixan oğlu.

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçiləri - Bayramov Oruc Sulu oğlu, Quliyev Aftandil Təvəkkül oğlu və Quliyev Sidqi Həsənalı oğluna “Əməkdar mühəndis” fəxri adı verilib, Telman Salman oğlu Ağayevə isə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1505